Masallıda qanvermə aksiyası
07 may 2013 23:38 (UTC +04:00)

Masallıda qanvermə aksiyası

Mayın 7-də Masallı Mərkəzi Rayon Xəstəxanasının (MRX) binasında qanvermə aksiyası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya  və Transfiziologiya İnstitutu əməkdaşlarının həyata keçirdikləri tədbirdə gün ərzində 250-dən çox rayon sakini iştirak edib. MRX-dən bildirilib ki, tədarük olunan qan Respublika Qan Bankına təhvil veriləcək və ondan gələcəkdə talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsi üçün istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar