Yağış, külək, qar  - <span style="color:red;">XƏBƏRDARLIQ   - <span style="color:red;">YENİLƏNİB
28 mart 2016 12:46 (UTC +04:00)

Yağış, külək, qar - XƏBƏRDARLIQ - YENİLƏNİB

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Martın 29-da Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-8  dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti,  gündüz 9-14 dərəcə isti, dağlıq rayonlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz  3-7 dərəcə isti olacaq.

 

Martın 29-30-da Abşeron yarımadasında  küləkli və rütubətli hava şəraiti gözlənilir ki,  bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Fərizə Əhmədova

Oxşar yazılar