Qeyri-sabit hava şəraiti iki gün də davam edəcək.
Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli HidrometeorologiyaDepartamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti martın 18-nə kimi davam edəcək: ” Bakıda sabah günortadan sonra hava sabitləşsə də, rayonlarda yağıntılar martın 18-nə kimi davam edəcək".