"Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi" təsir edilir
01 fevral 2018 18:28 (UTC +04:00)

"Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi" təsir edilir

0

Prezident İlham Əliyev “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 min manat vəsait ayrılıb.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri iki ay müddətində həll edilməsi tapşırılıb.

 

Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim edilməsi, normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində, maliyyə vəsaitinin dövlət büdcəsindən ayrılmasını təmin edilməsi Nazirlər kabinetinə tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 451

Oxşar yazılar