Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fevralın 20-dən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə onlayn sınaq imtahanı aparır. KOmissiyanın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, bu gün saat 10.00-a olan məlumata görə, onlayn sınaq imtahanında 935 bakalavr iştirak edib.
TQDK xatırladıb ki, sınaq imtahanı qəbul imtahanının birinci mərhələsinin modelinə uyğun olduğuna görə bakalvrların imtahana hazırlıq səviyyəsini daha dəqiq qiymətləndirməyə imkan verir. Mxtəlif hazırlıq kursları tərəfindən aparılan sınaq imtahanlarının TQDK-nın qəbul imtahanı proqramlarına və modelinə uyğunluğuna TQDK heç bir təminat vermir. Bunun üçün yalnız həmin hazırlıq kursları cavabdehdirlər.