Fevralın 3-dən etibarən ali məktəblərin magistratura səviyyəsinə 5615 nəfər ərizə verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, onlardan 4991 nəfəri Azərbaycan bölməsinin, 624 nəfəri isə rus bölməsinin payına düşür. Ərizə qəbulu fevralın 12-dək davam edəcək.
Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də keçiriləcək. Proqram seçimi aprelin 1-10-da , qəbul imtahanının 2-ci mərhələsi isə aprelin 26-da reallaşacaq. 7-12 may tarixlərində magistraturaya ixtisaslaşma seçimi, 22-28 iyun tarixlərində isə boş qalan yerlərə ixtisaslaşma seçimi keçiriləcək.