Magistraturanın boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başladı
16 avqust 2016 13:46 (UTC +04:00)

Magistraturanın boş qalan yerlərinə qəbul olanların qeydiyyatı başladı

0

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrlar bu gündən avqustun 25-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim edib qeydiyyatdan keçməlidirlər.

 

 

TQDK-dan Lent.az-a verilən məlumata görə, 2016-cı ilin məzunları digər sənədlərlə birlikdə ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisaslaşmaya yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanların siyahısından xaric ediləcək.

 

 

Qeyd edək ki, TQDK  «Magistr» jurnalının 7-ci nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub. Jurnalda, həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları təqdim olunur.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən almaq olar:

·         Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

·         Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.

Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının "Elektron xidmətlər" bölməsində "TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid:http://eservices.tqdk.gov.az/ejurnal/).

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar