Dünən Bakı-Quba-Rusiya sərhədi yolunun Sumqayət şəhəri yaxınlığından keçən hissəsində baş vermiş qəzanın fəsadları aradan qaldırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, yüklə dolu “Shacman” markalı avtomobilin idarəetmədən çıxması və yolun ortasındakı əyrixətli tirlərə çırpılması nəticəsində yol infrastrukturuna 17 min manat dəyərində ziyan dəyib. Lakin bu ziyan ödənilməyib. Buna baxmayaraq cəmiyyət yolda növbəti qəzaların baş verməməsi və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədi ilə Sumqayıt dairəvi yolu kimi tanınan hissədə təmir işlərinə başlayıb.
Hazırda ərazidə təmir-bərpa işləri davam etdirilir.
Qeyd edək ki, dünən qəza baş verdikdən sonra magistralın paytaxt istiqamətində olan hissəsində hərəkət bir neçə saat dayanıb. Yük maşınını yolun hərəkət zolağından uzaqlaşdırmaq üçün xeyli texnika cəlb edilib.