İdman tarixində yeni standart
25 noyabr 2014 10:28 (UTC +04:00)

İdman tarixində yeni standart

 

Müstəqilliyin  əldə edilməsindən keçən müddət ərzində səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının yüksəlməsi ilə nəticələnmişdir. Respublikamızın beynəlxalq miqyasda qazandığı uğur yeni nailiyyətlərin təkanı olmuşdur. Olimpiya oyunlarının vətəni hesab olunan Avropa qitəsində ilk dəfə olaraq baş tutacaq Avropa oyunlarının məhz Azərbaycanda keçirilməsi ölkəmizin imza atdığı dünyəvi əhəmiyyətli nailiyyətlərdəndir.

Avropa oyunlarının keçirilməsi üçün çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu Azərbaycan Respublikasının davamlı iqtisadi inkişafının nəticəsidir. Uzun müddətdir ki, Bakı şəhərində aparılan yenidənqurma işləri nəticəsində tarixilik və müasirliyin vəhdətinə dayanan paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Müasir Azərbaycan bir çox beynəlxalq tədbirlərə, konfranslara, istər idman, istərsə də digər yönümlü dünya və  Avropa çempionatlarına ev sahibliyi etməklə çoxşaxəli inkişafını sübut etmişdir.

Azərbaycan dünyada idman dövləti kimi tanınır və bunun da əsasında, təbii ki, həm Avropa və dünya çempionatlarında, həm də olimpiya oyunlarında əldə olunan yüksək nailiyyətlər dayanır. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır. Bu isə  ölkəmizin idman şöhrətinin yüksəlməsinə, Azərbaycanın  bu gün dünyada və Avropada idman dövləti kimi tanınmasına gətirib çıxarır. Təsadüfi deyildir ki, bu uğurlar Avropada baş tutacaq ilk oyunların Azərbaycanda keçirilməsi üçün məntiqi zəmin hazırladı. Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi məqsədilə Prezidentin Sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti isə danılmazdır.

Ümumilikdə isə, reallaşan çoxşaxəli fəaliyyətin əsas məqsədi oyunların maksimum şəkildə planlı, məntiqi təşkili, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycanın istər idman, istərsə də iqtisadi-siyasi sahədə nail olduğu böyük uğurların nümayişidir. Həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, Azərbaycan bu etimadı da doğruldacaq, öz adını tarixə salacaqdır.  Avropa Oyunlarının uğurlu təşkili , belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək.

21 noyabr 2014-cü il tarixində Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası ölkəmizin imza atdığı beynəlxalq miqyaslı növbəti uğurlarından biridir. Assambleya Azərbaycanın bu oyunlara ciddi və məsuliyyətli şəkildə yanaşdığını bir daha təsdiqlədi. Həyata keçirilən məqsədyönlü fəaliyyət belə deməyə əsas verir ki, Azərbaycan bu etimadı da doğruldacaq, öz adını tarixə salacaqdır.  Avropa Oyunlarının uğurlu təşkili , belə nüfuzlu oyunları keçirməyə qadir olduğumuzu bir daha sübut edəcək. Bütün bu uğurlar onu deməyə əsas verir ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni standart olacaq.

Nailə Məmmədova

Azerbaijan Realities

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar