Lerikdə pediatriya şöbəsinin təmiri başa çatıb
14 sentyabr 2013 23:57 (UTC +04:00)

Lerikdə pediatriya şöbəsinin təmiri başa çatıb

Sentyabrın 14-də Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Lerikin mərkəzi xəstəxanasının pediatriya şöbəsinin təmiri layihəsinin başaçatma mərasimi keçirilib. 

 

APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, yerli ictimaiyyətin nümayəndələri  iştirak ediblər.  Bütün çıxışlarda Azərbaycanda yerli əhəmiyyətli sosial məsələlərin həllinə göstərilən dəstəyə görə Yaponiya hökumətinə minnətdarlıq ifadə olunub.

 

Bildirilib ki, layihə üzrə qrant müqaviləsi Yaponiyanın ölkəmizdəki  səfirliyi ilə “Yerli idarəetməyə yardım” Ictimai Birliyi arasında 2013-cü ilin martın 4-də imzalanıb. Layihənin əsas məqsədi Lerik şəhərində və kəndlərində yaşayan uşaqlar üçün tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdan ibarətdir.

 

Ümumi məbləği 123 min 246 ABŞ dolları təşkil edən layihədən isə faydalanacaq uşaqların sayı 22 min nəfər təşkil edir.

 

O da qeyd olunub ki, hazırkı layihə də daxil olmaqla bu vaxta qədər Yaponiya hökuməti tərəfindən Lerik rayonunda 3 layihə üzrə qrant müqaviləsi imzalanıb.

 

Tədbirin sonunda qonaqlar xəstəxananın pediatriya şöbəsində əsaslı təmirdən sonra yaradılan şəraitlə yaxından tanış olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

Oxşar yazılar