Lənkəranın daha bir kəndinə təbii qaz verilib
10 may 2013 20:20 (UTC +04:00)

Lənkəranın daha bir kəndinə təbii qaz verilib

 

Mayın 10-da Lənkəran rayonunun Havzava kəndinə 20 illik fasilədən sonra təbii qazın nəqli bərpa olunub.APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən təntənəli açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov yerli sakinləri təbrik edərək Heydər Əliyevin 90 illik yubileyi günündə kəndə təbii qazın verilməsini əlamətdar hadisə adlandırıb.  

 

425 abonenti olan Havzava kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 17899 metr uzunluğunda metal borularla daşıyıcı məhəllədaxili qaz xətləri çəkilib, 425 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 

Lənkəran Qaz İstismar Sahəsinin rəisi Ceyhun Axundov bildirib ki, indiyədək rayonun 31 yaşayış məntəqəsi qazlaşdırılıb, may-iyun aylarında daha 12 kəndə təbii qaz veriləcək,  ilin sonunadək isə 71 qəsəbə və kəndin tamamilə qazlaşdırılması işi başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar