Lənkəranda “Milli-mənəvi dəyərlər və dini radikalizm” mövzusunda tədbir olub
23 aprel 2014 20:42 (UTC +04:00)

Lənkəranda “Milli-mənəvi dəyərlər və dini radikalizm” mövzusunda tədbir olub

Lənkəranın Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və dini radikalizm” mövzusunda seminar keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar və Tibb Kollecləri tələbələrinin, Lənkəran dini icma üzvlərinin, KİV nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev açıb.

 

Daha sonra DQİDK-nin əməkdaşı Ceyhun Əliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. 

 

Seminarda Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Qəni Axundzadə, Milli Elmlər Akademiyasının dissertantı, dini icmanın üzvü Samid Quliyev çıxış edərək gəncləri dini radikalizmdən uzaq olmağı, islamı düzgün qaynaqlardan öyrənməyi, islami dəyərləri qorumağı tövsiyə edərək bir daha hamını Azərbaycançılıq məfkurəsi ətrafında fəaliyyət göstərməyə çağırıblar.

 

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

# 618
avatar

Oxşar yazılar