"Zəngəzur” şadlıq sarayı bağlandı - <span style="color:red;">KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
11 avqust 2015 18:27 (UTC +04:00)

"Zəngəzur” şadlıq sarayı bağlandı - KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

0

Kütləvi zəhərlənmə ilə əlaqədar hadisənin baş verdiyi "Zəngəzur” şadlıq sarayı bağlanıb. 

Lent.az-ın məlumatına görə, bu barədə Movqe.az-a Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.

İ. Abdullayev bildirib ki, şadlıq evində baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar hazırda labarotor müayinələr davam etdirilir. Şöbə müdiri bildirib ki, ilkin müayinələr zamanı hazır qidalarla bişməmiş qidaların  bir yerdə saxlanılması, hazırlandıqdan sonra çirklənməsi halları qeydə alınıb: "Məlum olub ki, şadlıq evində qidaların, hazırlanan yeməklərin saxlanılmasında gigiyenik və saxlanma qaydalarında kobud pozuntuya yol verilib".  

İ. Abdullayev günün sonuna qədər müayinələrin nəticələrinin bəlli olacağını söyləyib. 

Xatırladaq ki, avqustun 8-da Binəqədi rayonundakı "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş kütləvi zəhərlənmə zamanı 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblərSəhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Movqe.az-ın əməkdaşına bildirib ki, hazırda 36 nəfərin müalicəsi davam edir. Hazırda xəstəxanada müalicə alanlardan 15-i uşaqdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar