Kürün suyu artır
27 sentyabr 2013 14:49 (UTC +04:00)

Kürün suyu artır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-130, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 60 faizini təşkil edir. 
 

Sentyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 105 m3/s, ongünlük normanın 76 faizi həcmindədir.


Sentyabrın 27-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma baş verib. Hazırda məntəqədə su sərfi 114,0 m3/s olmaqla, ongünlük normanın 119 faizinə bərabərdir.

 

Sentyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə edilib. Kür çayının Surra məntəqəsində 2 sm, Şirvanda 9 sm, Salyanda 7 sm, Bankədə 11 sm, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 sm (2012-ci il sentyabrın 27-də 312 sm), Şirvanda 236 sm (2012-ci il sentyabrın 27-də 215 sm ), Salyanda 180 sm (2012-ci il sentyabrın 27-də 200 sm ), Bankədə 216 sm (2012-ci il sentyabrın 27-də 209 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2012-ci il sentyabrın 27-də 125 sm) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665
avatar

Oxşar yazılar