Kür çayında biogen maddələrin miqdarı dəfələrlə artıb
21 yanvar 2016 12:43 (UTC +04:00)

Kür çayında biogen maddələrin miqdarı dəfələrlə artıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

 

ETSN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvar ayının II ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının I ongünlüyünə nisbətən 44 m3/san artaraq 170 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.7, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 3.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Həmçinin fenollar Araz çayı üzrə Horadizdə 3.2, I Şahsevəndə 2.6, Bəhramtəpədə isə 2.8 dəfə YVQH-ni keçib. 

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.95-6.18 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Oxşar yazılar