Külək əsəcək, yağış yağacaq
12 iyul 2013 12:30 (UTC +04:00)

Külək əsəcək, yağış yağacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 13-də gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən  məlumata görə, iyulun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən  yağmursuz keçəcəyi gözlənilir.

 

 

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Temperatur gecə 19-24 dərəcə, gündüz 31-36  dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-27 dərəcə olacaq. İyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 20-25 dərəcə, gündüz  32-37 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, iyulun 12-dən 13-ə keçən gecə səhər əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Hava şəraiti gündüz əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi  əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda 11-16 dərəcə, gündüz 22-27  dərəcə isti olacaq.

 İyulun 14-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Dağlarda temperatur gecə 12-17 dərəcə, gündüz  25-30 dərəcə isti olacaq.

 

İyulun 13-dən 15-dək respublikanın rayonlarında əsasən yağmursuz, isti hava şəraiti gözlənilir. Gözlənilən hava şəraiti əksər rayonlarda kənd təsərrüfatı bitkilərinin böyüməsi və inkişafı, həmçinin aqrotexniki işlərin görülməsi üçün əlverişlidir. Bununla yanaşı, xüsusilə quru hava suvarmaya tələbat yaradacaq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1949
avatar

Oxşar yazılar