Könüllü qan verənlərin sayı açıqlandı
17 sentyabr 2013 14:05 (UTC +04:00)

Könüllü qan verənlərin sayı açıqlandı

 

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2013-cü il iyul-sentyabr ayları ərzində respublika üzrə könüllü qanvermə aksiyaları keçirilir. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

İyulun 1-dən 26-dək Tovuz MRX-da 100 nəfər, Göygöl MRX-da 203 nəfər, Xaçmaz MRX-da 114 nəfər, 26 saylı ŞKX-da 41 nəfər, Goranboy MRX-da 160 nəfər, Samux MRX-da 122 nəfər, Naftalan MŞX-da 145 nəfər, Gəncə Şəhər Səhiyyə İdarəsində 92 nəfər, Daşkəsən MRX-da 92 nəfər, Gədəbəy MRX-da 174 nəfər, Şirvan MŞX-da isə 104 nəfər könüllü qan verib.

 

Avqustun 3-dən 28-dək Şəki MRX-da 110 nəfər, Qəbələ MRX-da 176 nəfər, Qax MRX-da 70 nəfər, İsmayıllı MRX-da 47 nəfər, Göyçay MRX-da 150 nəfər, Balakən MRX-da 57 nəfər, Quba MRX-da 124 nəfər, Qusar MRX-da 142 nəfər, Xızı MRX-da isə 131 nəfər könüllü qan verib. Sentyabrın 2-dən 12-dək isə Kliniki Tibbi Mərkəzdə 61 nəfər, Neftçala MRX-da 178 nəfər, Saatlı MRX-da 159 nəfər, Sabirabad MRX-da 183 nəfər, Ucar MRX-da isə 133 nəfər könüllü qanvermə aksiyasında iştirak edib.

 

Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909

Oxşar yazılar