Komitə çörək sexlərindəki vəziyyətə aydınlıq gətirdi
13 may 2013 14:36 (UTC +04:00)

Komitə çörək sexlərindəki vəziyyətə aydınlıq gətirdi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək sexlərindəki vəziyyətə aydınlıq gətirib. Komitənin mətbuat katibi Fazil Talıblı Lent.az-a açıqlamasında bildirib ki, SMPDK müəssisələrə sertifikat vermir: “Bizim Komitə sertifikat verən qurumlara nəzarət edir, sertifikat vermir ” .

 

Komitənin mətbuat katibi onu da vurğulayıb ki, çörək sexlərində mütəmadi yoxlamalar aparılır: “Çörək istehsalı prezidentin nəzarətindədir. Biz də səlahiyyətimiz çərçivəsində adıçəkilən sexlərdə yoxlamalar aparırıq. Anti-sanitar, standartlara uyğun olmayan müəssisələrinin fəaliyyəti dayandırılır. Problemlər var, amma  bu faktlar çox deyil”.

 

Komitə rəsmisinin sözlərinə görə, fəaliyyəti dayandırılmış çörək sexləri sonradan nöqsanları aradan qaldıraraq fəaliyyətlərini davam etdirirlər: “Lakin fəaliyyəti dayandırılmış elə çörək sexləri də var ki, onlar nöqsanlarını aradan qaldırmadan belə, yenidən fəaliyyətlərini bərpa edirlər. Yəni, həmin müəssisənin sahibi  başqa vergi ödəyicisi adı ilə yenidən sexin işini bərpa edir”.

 

F. Talıblı qeyd edib ki, bu cür faktlar aşkar edildikdə, yenidən həmin müəssisənin fəaliyyəti dayandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar