Kolleclərin müəllimləri attestasiya olunacaq
16 sentyabr 2013 11:33 (UTC +04:00)

Kolleclərin müəllimləri attestasiya olunacaq

 

Azərbaycanda müasir tipli pilot peşə təhsili kompleksləri yaradılacaq.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov söyləyib.

 

Mikayıl Cabbarov deyib ki, bu, Təhsil Nazirliyinin icrasına başladığı Müasir Azərbaycan Peşəkarları layihəsi çərçivəsində nəzərdə tutulub. Bu il ilk peşə-ixtisas  təhsili müəssisələrinin inkişaf prioritetlərinə uyğun olaraq, 5 pilot layihə reallaşdırılacaq, ölkəmizin peşə təhsili sistemində ilk dəfə məzunlara beynəlxalq ixtisas dərəcələri veriləcək.

 

Təhsil naziri onu da bildirib ki, növbəti tədris ilindən etibarən ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyasına başlanacaq. Eyni zamanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramına uyğun olaraq, ehtiyac duyulan bir sıra bir sıra yeni ixtisasların açılması planlaşdırılır.

 

 

 

 

# 574
avatar

Oxşar yazılar