Kitablarımız Avropada sərgilənəcək
17 aprel 2013 10:10 (UTC +04:00)

Kitablarımız Avropada sərgilənəcək

Aprelin 18-dən 21-dək Macarıstanın Budapeşt şəhərində XX Beynəlxalq Kitab Festivalı keçiriləcək. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Burada ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri təmsil edəcəklər.
Sərgidə Azərbaycanın zəngin mədəniyyəti, ədəbiyyatı, inkişaf edən nəşriyyat-poliqrafiya imkanları, tarixi həqiqətləri, turizm potensialı haqqında 200-dən çox adda kitab və reklam çap məhsulları nümayiş olunacaq. 
Eyni zamanda, sərgi çərçivəsində "Heydər Əliyev: Müstəqilliyimiz əbədidir " çoxcildliyinin təqdimatı keçiriləcək, "Müstəqillik illərində (1993-2013) Azərbaycanda kitab sənətinin inkişafı" adlı panel təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar