Nazirlər Kabineti N. Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin adının dəyişdirilməsi haqqında qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, qərarda qeyd edilir ki, N.Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbi Xankəndi şəhəri, N.Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbi adlandırılsın.
Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.