Azərbaycan və Çin fövqəladə hallar sahəsində memorandum imzaladı
24 sentyabr 2014 15:11 (UTC +04:00)

Azərbaycan və Çin fövqəladə hallar sahəsində memorandum imzaladı

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti sentyabrın 23-24-də Çin Xalq Respublikasının mülki məsələlər üzrə naziri Li Liguonun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Milli Fəlakətlərin Azaldılması Mərkəzi və Mülki Müdafiə Cəmiyyətində olub. Nümayəndə heyətinə Çində mülki müdafiə işinin təşkili, fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə geniş məlumat verilib.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Çin Xalq Respublikasının mülki məsələlər üzrə naziri Li Liguo ilə görüşü keçirilib.

Görüşdə nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulanıb.

Öz növbəsində, Li Liguo Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib və bu kontekstdə qarşılıqlı səfərlərin faydalı olacağını bildirib.

Görüşdən sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Bundan başqa, səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti fövqəladə hallar zamanı istifadə olunan avadanlıqların istehsalı ilə məşğul olan bir sıra müəssisələrə səfər edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566
avatar

Səlcuq Elçin

Oxşar yazılar