Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edəcək
23 sentyabr 2013 18:51 (UTC +04:00)

Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonunda vətəndaşları qəbul edəcək. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, qəbul 27 sentyabr 2013-cü il tarixində saat 11:00-dan Ağdam rayonunda keçiriləcək.

 

Qəbulda yalnız Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonlarında yaşayan sakinlər, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) 25 sentyabr 2013-cü il tarixində saat 14:00-dan başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

 

Əlaqə:

 

tel: 994 (12) 512-01-14

e-mail: [email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932
avatar

Oxşar yazılar