Nazir: “Öz təhlükəsizliklərini təmin etməyi öyrənsinlər”
08 iyul 2013 00:11 (UTC +04:00)

Nazir: “Öz təhlükəsizliklərini təmin etməyi öyrənsinlər”

“Gənc xilasedici və yanğınsöndürən” yarışında 6 ölkədən komandalar iştirak edirdi. Bu oyunların ölkələr arasında keçirilməsində birinci məqsəd gənclərin bu yaşdan başlayaraq dostluğunu qurmaqdır. Fövqəladə Hallar Nazirliyinin məqsədi isə ondan ibarətdir ki, ölkəmizin gəncləri gələcəkdə təbii və texnogen fəlakətlər zamanı öz təhlükəsizliklərini təmin etməyi öyrənsinlər”.

 

APA-nın məlumatına görə, bu sözləri Qəbələdə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” adlı respublika birinciliyi və beynəlxalq turnirdə iştirak edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində deyib. O, Heydər Əliyevin 90 illiyinə həsr edilən beynəlxalq yarışın əhəmiyyəti barədə danışarkən deyib ki, gənclər arasında analoji yarışlar dünyanın bir çox ölkəsində də keçirilir.

 

K.Heydərov qeyd edib ki, Azərbaycan komandaları gələcəkdə digər beynəlxalq turnirlərdə də iştirak edəcək: “Bu, ölkəmiz üçün maraqlı, həyat üçün vacib olan oyunlardır. Builki oyunlar ötən il keçirilən oyunlardan ilk növbədə miqyasına görə fərqlənirdi. Digər tərəfdən, ötən il texnikalardan yalnız FHN-in əməkdaşları istifadə edirdisə, bu il bu vəzifə gənclərə həvalə olunmuşdu, bircə sürücülərdən başqa. Çünki gənclərin sürücülük vəsiqəsi yoxdur. Yerdə qalan bütün alətlərdən, həm kəsici, həm alpinist alətlərinin istifadəsində, həm də başqa xilasetmə əməliyyatlarında uşaqlar özləri iştirak edirdilər”.

 

K. Heydərov onu da bildirib ki, məsələ bu gənclərin hər birinin gələcəkdə xilasedici olmasında deyil: “Bu oyunlarda iştirak edən gənclər öz evlərində, yaxın ərazilərdə hansısa hadisə baş verdikdə burda topladıqları bilik və təcrübədən istifadə edərək, daha yaxşı, professional şəkildə müdaxilə edə bilsinlər. Bu oyunlarda gənclərin keyfiyyətli iştirakı da yeniliklərdən idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3396
avatar

Oxşar yazılar