İyul ayında TQDK-nın e-xidmətlərindən 854357 dəfə istifadə olunub
12 avqust 2015 16:59 (UTC +04:00)

İyul ayında TQDK-nın e-xidmətlərindən 854357 dəfə istifadə olunub

0

“Elektron hökumət” bülletenində 2015-ci ilin iyul ayında bütün qurumlar üzrə “Elektron Hökumət” portalı tərəfindən təqdim olunan elektron xidmətlərdən istifadə barədə statistik məlumat dərc olunub.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 45 qurum tərəfindən göstərilən 288 elektron xidmətdən ümumilikdə 1401411 dəfə istifadə olunub.

 Həmin məlumatda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təqdim etdiyi elektron xidmətlərdən istifadə sayına görə birinci yerdə göstərilib. Belə ki, TQDK-nın elektron xidmətlərindən 854357 dəfə istifadə olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar