İTV-dən açıqlama gəldi: “Müqavilələri bitib”
02 dekabr 2013 14:47 (UTC +04:00)

İTV-dən açıqlama gəldi: “Müqavilələri bitib”

 

“Bu gün İctimai Televiziyadan işdən çıxarılan əməkdaşlarının əmək müqaviləsi bitib”. Bu barədə Lent.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.  Məlumatda o da deyilir ki, həmin şəxslərin yenidən televiziyada işləyib-işləməyəcəyi günün sonuna qədər məlum olacaq.

 

Qeyd edək ki, televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentinin direktor müavini Pərvanə Süleymanova, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı işdən azad olunublar. İşdən çıxarılanlar arasında “Carçıfilm” Yaradıcılıq Birliyində direktor müavini kimi çalışan Qərənfil Xəlilova da var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041

Oxşar yazılar