İTV-də istefalar başladı
25 aprel 2013 13:59 (UTC +04:00)

İTV-də istefalar başladı

0

Aprelin 25-də İctimai Televiziya Radio Yayımları Şirkətinin bir qrup məsul əməkdaşı öz ərizələrinə əsasən işdən azad olunub. İşdən azad olunanlar bu şəxslərdir:

 

Çingiz Aslanov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun televiziya üzrə müavini;

 

Elman Qədirov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini;

 

Rafiq Nəbiyev - İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru;

 

İham Sərxanlı - İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentinin direktoru.

 

Aprelin 23-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib.

Modern.az-ın məlumatına görə, Cəmil Quliyev dünən İTV-nin kadrlar və xüsusi işlər şöbəsinin müdiri İlham Hüseynovu da tutduğu vəzifədən kənarlaşdırıb.

 

mediaforum.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2724

Oxşar yazılar