İstirahət günlərində vaxtınızı necə dəyərləndirirsiniz? - SORĞU
04 aprel 2015 15:20 (UTC +04:00)

İstirahət günlərində vaxtınızı necə dəyərləndirirsiniz? - SORĞU

Həftə sonunu çoxumuz səbirsizliklə gözləyirik. İstirahət günlərini hərə bir cür dəyərləndirir. Kimi film izləməyə gedir, kimi kitab oxuyur, kimi isə sadəcə yatmaqla kifayətlənir. İnsanlarımız həftəsonu vaxtlarını necə dəyərləndirir? Şəhərdə bununla bağlı sorğu keçirmək qərarına gəldik.

 

“Şəhərə çıxıram çox vaxt. Dostlarla gəzirik, oturub kafedə çay içirik. Filmlə, kitabla aram yoxdur çox”.

 

“Boş vaxtımızda istirahət edirik. Nə kitab oxumuruq nə film izləməyə getmirik. Dostlarla tanışlarla istirahət edirik”. 

 

“Ailəmlə dincəlirəm. Mən orta məktəbdə bütün bədii kitabları oxumuşam. İndi də əlimə düşən kitabları oxuyuram”.

 

“Məşq edirəm, idmana gedirəm, yatıram. Heç bir kinoya getmirəm xoşlamıram”.

 

“Daha çox dil kurslarına gedirik. Təhsilə sərf edirik. Sora uşaqlarla çıxırıq gəzməyə. Kitabı axşamlar oxuyuram əsasən. Bədii əsərlər oxuyuram. Çox adam yatmaqla keçirir, amma bu yaxşı şey deyil. Durub idman etsələr, daha sərfəli işlərlə məşğul olsalar, daha yaxşıdır”.

 

“Ya kursa gedirəm, ya qaçmağa, ya da velosiped sürürəm. İdman edirəm, ya da kitab oxuyuram. Mən evdə ingilis filmlərinə baxıram. Digər günlərdə getməyə ehtiyac yoxdur”.

 

“Hazırda indi imtahan vaxtıdır. Daha çox imtahanlara hazırlaşıram. Dostlarla imtahandan sonra gəzərik. Ən axırıncı oxuduğum kitab "451 Farengeyt"dir”.

 

“Mən öz yaradıcılığımla məşğul oluram. Təbiətin qoynunda olmağı çox sevirəm. Mən romantik olduğum üçün təbiəti sevirəm, dəniz qırağında gəzirəm. Bunları müsbət hal kimi qiymətləndirirəm. Kitab oxuyuram. Mən özüm musiqişünasam. Musiqi hisslərin uğultusudur. Hər bir adamın vaxtı var. Bəhanə eləmək lazım deyil. Boş insan kimə gərəkdir? Mütləq nə iləsə məşğul olmaq lazımdır”. 

# 354
avatar

Oxşar yazılar