İstifadəyə yararsız ət aşkar edildi
21 iyun 2019 12:33 (UTC +04:00)

İstifadəyə yararsız ət aşkar edildi

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
 
Növbəti belə tədbir iyunun 19-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağcabədi rayonu ərazisində keçirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Aşağı Avşar kəndi ərazisində kənd sakini C.İsmayılova məxsus ət kəsimi yerinə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 52 kiloqram mal əti aşkar edilib.
 
Ətdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
 
Araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar