İşləyən əlillərə ödənilən pensiyalar artırılacaq
30 sentyabr 2015 11:44 (UTC +04:00)

İşləyən əlillərə ödənilən pensiyalar artırılacaq

0

 

Növbəti mərhələdə pensiya təminatı sistemində nəzərdə tutulan islahatlar yüksək sosial sığorta haqqı ödənişinin stimullaşdırılmasına yönəlib. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

E. Mehdiyev vurğulayıb ki, hazırda ödənilən sosial sığorta haqlarının yalnız 50 faizi fərdi hesablarda uçota alınır. İslahat nəticəsində bu hədd 100 faizə çatdırılacaq və beləliklə ödənilən məbləğlər tam olaraq fərdi hesablarda uçota alınacaq. Həmçinin hazıradək fərdi hesablarda uçota alınmış pensiya kapitalları da 2 dəfə artırılacaq. Pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasını təmin etməklə onların sosial müdafiəsini daha da gücləndirəcək.”

 

 

E. Mehdiyev deyib ki, islahat tədbirləri çəçivəsində hazırda işləyən əlilliyə görə əmək pensiyaçılarına pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi islahat tədbirləri də nəzərdən keçirilir. Mövcud qaydalara əsasən, işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsi ödənilir. 

 

Fond sədri bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması sahəsində davamlı tədbirlərin mühüm komponenti kimi qeyd edilən məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar