İrandan narkotik vasitə keçirmə cəhdinin qarşısı alınıb
07 avqust 2015 18:18 (UTC +04:00)

İrandan narkotik vasitə keçirmə cəhdinin qarşısı alınıb

0

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana  piyada gələn Azərbaycan vətəndaşı Ərəstun Zülfüqarova məxsus əl yüklərinə baxış zamanı 1 ədəd plastik qabda, 250 ml həcmində metadon məhlulu aşkar olunub.

 

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabılarının hər birinin içərisindən cəmi 20 ədəd bükümdə, ümumi xalis  çəkisi 151,408 qram olan narkotik vasitə - tiryək, 4 ədəd bükümdə, ümumi xalis çəkisi 3,504 qram olan  narkotik vasitə - heroin və 1 ədəd bükümdə isə 19 ədəd metadon adlı həb də aşkar edilib.

 

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Aşkar olunan 250 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,253  qram, 19 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,38  qram təşkil edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar