İrandan metadon keçirmək istəyənlər saxlanılıb
11 avqust 2015 12:01 (UTC +04:00)

İrandan metadon keçirmək istəyənlər saxlanılıb

0

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Rüstəm Abdullayevin üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, cəmi 15 ədəd metadon adlı həb aşkar edilib.

Gömrük İdarəsindən Lent.az-a verilən məlumat görə, bundan başqa, İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Faiq Xudiyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 13 ədəd metadon adlı həb aşkar olunub.

 Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Aşkar edilən 15 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram, 13 ədəd həbdə isə 0,52qram təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar