UNEC brendinin təqdimatı keçirilib
15 mart 2016 11:44 (UTC +04:00)

UNEC brendinin təqdimatı keçirilib

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) brendi – UNEC-in (University of Economy) təqdimatı keçirilib. Lent.az-ın xəbərinə görə, təqdimat mərasimində çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycanda ilk dəfə ADİU tərəfindən ali təhsil müəssisəsinin brendi yaradılıb: “Təhsil sektoru müasir dövrdə dünya iqtisadiyyatının ən dinamik sahələrindəndir. Təhsil sektoru həm də iş yerlərini dəfələrlə artırır. Biz Azərbaycan Dövlət İqtisad Universitetində universitetə istehsalçı kimi yanaşırıq. Ali təhsil müəssisələri təhsil xidmətləri bazarıdır. Brend öz fərdiliyi ilə seçilən əmtəə, xidmət və təşkilatdır. Brend təşkilatın imicidir. UNEC bizim universitetin imicidir”. 
 

Ə. Muradov qeyd edib ki, artıq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən universitetin brendi, əmtəə nişanı rəsmiləşdirilib: "Bizim brend UNEC-dir. Biz bütün dillərdə UNEC kimi təmsil olunmaq istəyirik. Brend o demək deyil ki, biz universitetin adını dəyişirik. Bu, bizim səlahiyyətimizdə deyil. Brend həm də bizim abreviaturamız deyil. Azərbaycan dilində ADİU, rus dilində AQEU, ingilis dilində ASUE abreviaturalardır. Brendi yaratmaqla biz Azərbaycan dilinə qarşı hörmətsizlik etmirik”.
  

Tədqimatın sonunda suallar cavablandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Fərizə Əhmədova

Oxşar yazılar