Bakıda bu küçədə hərəkət məhdudlaşdırılacaq
11 mart 2016 10:21 (UTC +04:00)

Bakıda bu küçədə hərəkət məhdudlaşdırılacaq

 

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti avtonəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Xətai rayonu İlqar Zülfüqarov küçəsini təmir edir. Lent.az-ın məlumatına görə, təmir olunan küçənin uzunluğu 1 km, eni isə 7 metrdir.

 

Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşlarının sökülməsi işləri aparılır. Daha sonra köhnə asflat-beton örtüyü qaşınaraq ərazidən daşınacaq. Bunun əvəzinə isə 2 qat olmaqla təqribən 7 min m2 sahəyə yeni asfalt-beton örtüyü döşənəcək.

 

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Bundan başqa mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq. Təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

 

İşlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun aparılır və yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Təmir işləri gedən müddət ərzində küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik hissə-hissə məhdudlaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar