III ixtisas qrupu imtahanları üzrə 25 nəfərin nəticələri ləğv olundu
15 iyul 2013 15:34 (UTC +04:00)

III ixtisas qrupu imtahanları üzrə 25 nəfərin nəticələri ləğv olundu

 

 

Ali məktəblərə III ixtisas qrupu üzrə dünən keçirilən qəbul imtahanlarından 25 nəfər xaric olunub. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahanlar bütün binalarda normal keçib. Bu gün səhər saatlarından isə cavab kartlarının və imtahanda istifadə olunan protokların emalına başlanılıb. Protokolların ilkin nəticələrinin araşdırılmasına görə, imtahandan 25 nəfər xaric olunub və nəticələri ləğv olunub. Bunlar imtahana köməkçi vasitələr, o cümlədıən mobil telefon keçirməyə cəhd göstərən, həmçinin imtahanın gedişi zamanı zamanı köçürməyə cəhd edən və imtahan qaydalarına zidd hərəklətlərə yol verən abituriyentlərdir.

 

E. Nağızadə deyib ki, imtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2894
avatar

Oxşar yazılar