TQDK 3, 10, 24 aprel və 8 may tarixlərində ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, respublikanın bütün rayonlarını əhatə edəcək sınaq imtahanları Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrılıqda aparılır. Sınaq imtahanına yazılış yalnız elektron qaydadadır. İmtahana yazılmaq üçün abituriyent əvvəlcə ödəmə kartını əldə etməlidir. Daha sonra isə TQDK-nın rəsmi internet saytında qeydiyyatdan keçməlidir.
Qeyd edək ki, 3 aprel sınaq imtahanına yazılanların 17 %-i 10-cu sinif, 2 %-i 9-cu sinif şagirdləridir.
Sınaq imtahanına ayrılan yerlərin orta məktəb məzunları üçün nəzərdə tutulduğunu və aşağı sinif şagirdlərinin orta məktəb proqramını tam başa çatdırmadığından onlarda psixoloji gərginlik yaradacağını nəzərə alaraq IX-X sinif şagirdlərinin bu imtahanlarda iştirakı tövsiyə olunmur.