Hüquqşünaslar üçün yeni kitab
07 noyabr 2013 15:39 (UTC +04:00)

Hüquqşünaslar üçün yeni kitab

Bu gün Bakı Dövlət Universitetində “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri” kitabının təqdimat mərasimi keçirilib. Lent. az-ın məlumatına görə, təqdimatda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru, professor Fərhad Abdullayev də olub. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, Konstitusiya məhkəməsinin yaranmasının 15 illiyi münasibətilə oxuculara təqdim olunan bu kitab hüquqşünasların öz peşə fəaliyyətlərini icra edərkən nəzəri məsələlərlə yanaşı, məhkəmə təcrübəsindən də səmərəli şəkildə istifadə etmək imkanının təmin edilməsi məqsədini daşıyır. Akademik A. Məhərrəmovun sözlərinə görə, kitabın hüquq tətbiqedici orqanlar üçün əhəmiyyəti nəzərə alınaraq, nəşrdə mülki, cinayət və inzibati-prosessual qanunvericiliyə dair hüquqi mövqelər ayrıca başlıq altında verilib.

 

 

Təqdimatda daha sonra çıxış edən Milli Məclisi sədrinin birinci müavini, BDU-nun «Konstitusiya hüququ» kafedrasının müdiri, professor Ziyafət Əsgərov bildirib ki, bu kitabda kifayət qədər zəngin təcrübi məsələlərlə yanaşı, nəzəri məsələlər də öz əksini tapıb. Onun sözlərinə görə, kitabın həm nəzəri, həm də təcrübi baxımından hüquq fakültəsinin tələbləri üçün çox böyük önəmi var.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1517
avatar

Yalçın UĞUR

Oxşar yazılar