Heydər Əliyev prospektində yerüstü keçidlərin üzlüyü yenilənir
06 iyul 2015 16:42 (UTC +04:00)

Heydər Əliyev prospektində yerüstü keçidlərin üzlüyü yenilənir

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Nəqliyyat Nazirliyinin mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, bu işlər çərçivəsində Heydər Əliyev prospektində, daha dəqiqi “Böyük Şor” yol qovşağından “Hava limanı” qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri aparılır.

 

Bu gündən etibarən  sözügedən yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlüklərinin sökülməsi işlərinə start verilib. Söküntü işləri başa çatandan sonra piyada keçidlərinə yeni müasir üzlüklər vurulacaq. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənəcək.

 

İşlər tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılacaq. Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatçılığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar