Hərbi qulluqçuların ailə üzvlərinə verilən pensiyalar artırılacaq
30 sentyabr 2015 11:19 (UTC +04:00)

Hərbi qulluqçuların ailə üzvlərinə verilən pensiyalar artırılacaq

 

Pensiya islahatları ilə vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə verilən əlavənin cəmi məbləğinin minimum həddinin 80 faizə qaldırılması imkanları hazırda müzakirə olunur. Lent.az-ın məlumatına gpörə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Onun sözlərinə görə, qüvvədə olan qanunvericilyə əsasən, həmin rəqəm ayrı-ayrı kateqoriyalara aid hərbi qulluqçular üzrə 35-50 faiz olaraq müəyyən edilib. 

 

Qeyd edilən islahat tədbirinin vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin pensiya təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini söyləyən Fond sədri pensiya islahatlarının bütövlükdə pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar