Həkimlərin sertifikasiya imtahanlarından 5372 nəfər keçib
10 iyul 2015 17:08 (UTC +04:00)

Həkimlərin sertifikasiya imtahanlarından 5372 nəfər keçib

 

2015-ci ilin birinci yarım illiyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfər həkimə buraxılış vərəqəsi verilib. Lent.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən xəbərinə əsasən , onlardan 5372 nəfəri imtahanlardan uğurla keçib. İmtahanlarda iştirak edənlərin 2625 nəfəri 90 baldan çox, 2043-ü 75-90 arası, 704 nəfəri 60-75 arası bal toplayıb.

İmtahanlar ümumilikdə 40 ixtisas üzrə keçirilib. Sertifikasiya imtahanlarından keçənlərin arasında terapiya, pediatriya, mamalıq-ginekologiya, ümumi cərrahiyə ixtisasları üstünlük təşkil edir.

 

İlin sonuna qədər keçiriləcək test imtahanlarında iştirak etmək üçün 4000-ə yaxın namizəd qeydə alınıb.

 

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən sertifikasiya imtahanları həftədə üç dəfə keçirilir. İmtahandan keçənlər müsahibə mərhələsinə buraxılırlar.

Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229

Oxşar yazılar

Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

Dörd BÜRCƏ həftə sonu gözlənilməz pul vədi

24 may 2025 , 09:09
Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19