Havalar isinir
23 aprel 2013 13:05 (UTC +04:00)

Havalar isinir

0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

 

 

Arabir şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq. 

 

Azərbaycanın rayonlarına gəlincə, aprelin 24-də arabir yağıntılı olacağı, gündüz qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-12 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq. Dağlıqlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 4-9 dərəcə şaxta gündüz 3-8 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2262

Oxşar yazılar