Hava yağmursuz olacaq
14 sentyabr 2013 12:39 (UTC +04:00)

Hava yağmursuz olacaq

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


 

Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, havanın temperaturunun gecə 16-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710
avatar

Oxşar yazılar