Hava soyuyur: temperatur 10 dərəcə düşəcək
06 may 2013 13:06 (UTC +04:00)

Hava soyuyur: temperatur 10 dərəcə düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti mayın 7-də gözlənilən hava proqnozunu açıqlayıb.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

 

Axşam buludluluğun artacağı gözlənilir. Günün ikinci yarısında şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu  gecə 12-17 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, mayın 7-də günün ikinci yarısında bəzi şimal və qərb rayonlarda, axşam isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 10-11 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 16 -21 dərəcə isti olacaq.  

 

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq da edib. Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra mayın 7-i axşamdan başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yaxın 2-3 gün ərzində temperaturun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Mayın 7-8-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi metohəssas insanlarda narahatlıq hissi yarada bilir. Mayın 9-da gündüz, mayın 10-da biometeoroloji amillərin norma daxilində tərəddüdü metohəssas insanlar üçün əsasən əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4488
avatar

Oxşar yazılar