Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 16-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz arabir yağış yağacağı gözlənilir.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 13-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, mayın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 5-10 dərəcə , gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Yaxın 2-3 gün ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.