Hava küləkli və isti olacaq
10 iyul 2013 12:47 (UTC +04:00)

Hava küləkli və isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti 11-12 iyulda gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu, axşam buludluluğun artacağı, yağmursuz keçəcəyi gözlənilir.

 

Cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi əvəz olunacaq. Temperatur gecə 20-24 dərəcə, gündüz 33-38 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, iyulun 11-də rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam Böyük və Kiçik Qafqazın bəzi dağlıq və dağətəyi ərazilərində şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə şimşək çaxanda arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 20-25 dərəcə, gündüz 35-40 dərəcə, dağlarda 12-17 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

# 1414
avatar

Oxşar yazılar