Hava kəskin pisləşəcək: sulu qar, qar, çovğun <span style="color:red;">XƏBƏRDARLIĞI
22 yanvar 2016 13:31 (UTC +04:00)

Hava kəskin pisləşəcək: sulu qar, qar, çovğun XƏBƏRDARLIĞI

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yanvarın 25-dən isə sulu qara, qara keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
 
Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var.
 
 
Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.
 
 
Rayonlarda yanvarın 23-ü axşamdan 27-si gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.  Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək, çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

 

Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gecədən arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı,  lakin axşama doğru yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti , dağlıq rayonlarda 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta,  gündüz  0-5 dərəcə isti olacaq.

 

Yanvarın 25-26-da Abşeron yarımadasında  güclü xəzri küləyinin fonunda havanın temperaturunun xeyli enməsi, yağıntılı hava şəraiti, çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Fərizə Əhmədova

Oxşar yazılar