Yanvarın 22-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayırıcı”, eləcə də Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qarasu” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Lent.az-ın məlumatına görə, təmir müddətində Hacıqabul rayonunun Qarasu, Padar və Abdulabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Səbayel rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Hacıqabulun 3 kəndində qaz olmayacaq
220