Gürcü dilindəki “Vikipediya”da Azərbaycan haqqında yeni məqalələr olacaq
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü və Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə “Vikipediya” təlimlərinə start veriləcək.
Kitabxanadan Lent.az-a bildirilib ki, təlimlərin keçirilməsində əsas məqsəd gənclərə gürcü və Azərbaycan dillərindəki “Vikipediya”larda mövcud olan boşluqların aradan qaldırılması, məlumatların zənginləşdirilməsi qaydalarının öyrətməkdir. Xüsusilə gürcü dilindəki “Vikipediya”da “İnkişaf və Təhsil Mərkəzi”nin könüllüləri tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında yeni məqalələr yaradılacaq və redaktə olunacaq.
Təlimləri Vikimedia fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov aparacaq.
1055