Günəşli hava, 38 dərəcə isti - <span style="color:red;">SABAHIN HAVASI
22 avqust 2016 12:51 (UTC +04:00)

Günəşli hava, 38 dərəcə isti - SABAHIN HAVASI

0

Avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq.

 

 

Azərbaycanın rayonlarında isə  hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar