İyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən şimşək çaxacaq, yağış yağacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 20-25, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 22-26 dərəcə isti olacaq.